Modern.az

Komitə sədri: “Məktəbəqədər təhsil müəssisələri özəlləşdirilməyəcək”

Komitə sədri: “Məktəbəqədər təhsil müəssisələri özəlləşdirilməyəcək”

15 Dekabr 2016, 17:14

Azərbaycanda məktəbə qədər təhsil müəssisələrinin özəlləşdirilməsi barədə təklif layihədən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bunu Milli məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli deyib.

 

Komitə sədri bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəa ictimai narazılıq, o cümlədən deputatların etirazı səbəbindən layihə ikinci oxunuşda hazırlanarkən ləğv edilib.

“Bununla da, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsi qapanıb. Amma bizim qanunvericiliyin imkan verdiyi çərçivədə istənilən xarici və daxili investorlar məktəbəqədər təhsil müəssisəsinə müvafiq yatırımlar edə bilər. Lakin bu da dövlətin nəzarəti ilə olacaq”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər