Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dekabrın 15-də Bakı şəhəri, Xətai rayonunda “Shacman” markalı yük avtomobili yolun kənarındakı beton divara çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Modern.az