Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatlarının(ABŞ) Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn jurnalistlər üçün mətbuat konfransı keçirib.
Modern.az saytının xəbərinə görə, o bildirib ki, Xəzər dənizinin enerji ehtiyatlarının Avropa bazarına çıxmasını arzu edir.
Onun sözlərinə görə, bu, tezliklə mümkün ola bilər.
Xüsusi elçi qeyd edib ki, ABŞ monopoliyanın əleyhinədir:
“Dünyanın hansısa yerində monopolist olkə başqa ölkələrin bazarına təsir etməməlidir. ABŞ da monopoliyanın əleryhindəri. Alıcı bazara sərbəst daxil olub qiymət əsasında təchizatçını seçməlidir".
O, ABŞ-ın Cənub Qaz Dəhlizinə tam dəstək verdiyini də vurğulayıb.
"Avropada, xüsusilə də ABŞ-da siyasi dəyişikliklərə baxmayaraq, rəsmi Vaşinqton Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləməkdə davam edəcək.
Biz bundan əvvəl Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəklədiyimiz, layihənin əhəmiyyətini anladığımız kimi, Cənub Qaz Dəhlizinin reallaşdırılmasını da dəstəkləməkdə davam edəcəyik".
Aqşin Kərimov