““Türk axını”, “Şimal axını” və istənilən layihədən asılı olmayaraq vacib məsələ budur ki, Avropaya qaz təchizatının diversifikasiyası istiqamətində səylər göstərməliyik. Əmin olmalıyıq ki, Avropanın enerji, qazla təminatı sayəsində müxtəlif mənbələrdən prinsiplər tətbiq edilir”.
Modern.az saytının xəbərinə görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn “Türk axını” layihəsindən danışarkən deyib.
O bildirib ki, hər hansı bir boru xətləri, enerji təzhizatı hər hansı bir dövlətin müstəqilliyi, suverenliyi əleyhinə silah kimi istifadə olunmalı deyil.
“Qeyd edim ki, bu kimi prinsiplər Avropada çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda Ukraynada da böyük əhəmiyyətə malik məsələdir”.
Aqşin Kərimov