Modern.az

Amerika neftin qiymətinə təsir etmir – RƏSMİ

Amerika neftin qiymətinə təsir etmir – RƏSMİ

15 Dekabr 2016, 19:24

"ABŞ-da 4 minə yaxın neft şirkəti fəaliyyət göstərir. Dövlət onlara hasilatı azaltmağı və ya artırmağı diktə edə bilməz".

 

Modern.az-ın  məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn mətbuat konfransında deyib.

 

A.Hokstayn əlavə edib ki, həmin şirkətlər sadəcə kimlərinsə məsləhətinə qulaq asan deyillər. 

 

"Dünya enerji bazarında təklif artımı müşahidə olunur və qiymətlər aşağı düşür. Lakin qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil və bizim bazara müdaxiləmiz nəticəsində baş vermir.

 

Məhz OPEK qiymətlərin dəyişməsinə təsir edən qurumdur. Bu təşkilatın üzvləri bir araya gələrək qiymət artımını təmin etmək üçün hasilatı azaltmaq barədə qərara gəliblər. 

 

Belə olan halda, ABŞ neftin qiymətinin müəyyən edilməsinə təsir etmir. Neftin qiymətlərinin artması və ya azalmasına yalnız OPEK təsir edə bilər. OPEK ölkələri hasilatı azaltmaq və ya artırmaq məsələsini həll edə bilərlər".

 

Aqşin Kərimov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər