Modern.az

Rusiyada İŞİD tərəfdarlarına qarşı xüsusi əməliyyat

Rusiyada İŞİD tərəfdarlarına qarşı xüsusi əməliyyat

Dünya

15 Dekabr 2016, 20:38

Rusiyada İŞİD tərəfdarları olduğu  ehtimal edilən şəxslərə qarşı xüsusi əməliyyat keçirilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, əməliyyat Samara şəhəri yaxınlığında xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları tərəfindən keçirilib.

Məlumata görə, əməliyyat keçirilən ərazidə partladıcı qurğu aşkarlanıb. Ərazidəki yaşayış binasından sakinlər təcili təxliyə edilib. Məlumata görə, İŞİD tərəfdarları olduğu ehtimal edilən şəxslər həmin binada yaşayırmışlar.

Hazırda sakinlər öz mənzillərinə qayıdıb. Hadisə yerində polis növbə çəkir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU