Modern.az

Neftçinin meyiti sahilə gətirildi

Neftçinin meyiti sahilə gətirildi

15 Dekabr 2016, 21:46

Bu gün N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı 10 nəfərin itkin düşməsindən sonra meyiti tapılan neftçi İlham Qafarovun nəşi "Qaradağ-8" gəmisi ilə sahilə gətirilib. Modern.az saytı xəbər verir ki, bu barədə "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, İlham Qafarovun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb. Neftçinin meyiti bu gün ailəsinə təhvil veriləcək.

Bu gün N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı itkin düşmüş 10 nəfərdən birinin meyiti tapılaraq dənizdən çıxarılıb. Tapılan meyitin N.Nərimanov adına NQÇİ-nin 3 saylı neft-yığım məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğluna aid olduğu müəyyən edilib.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər