Gədəbəy rayonunda qətl hadisəsi törədilib. Modern.az saytı xəbər verir ki, “Report"un məlumatına görə, hadisə rayonun Qasımlı kəndində baş verib. Həmin kənddə yaşayan, 1945-ci il təvəllüdlü Məmmədova Səmayə Qulu qızı evində qətlə yetirilib.
Onun kim tərəfindən və hansı səbəbdən qətlə yetirilməsi hələlik məlum deyil.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
Modern.az