Modern.az

Silahlılar Hələbi tərk edir

Silahlılar Hələbi tərk edir

15 Dekabr 2016, 23:13

Silahlıları və onların ailə üzvlərinin Hələbdən çıxmasına şərait yaradılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu gün onları daşıyan ilk avtomobil karvanı rusiyalı hərbçilər və Qırmızı Xaç Beynəlxalq Komitə əməkdaşlarının müşayiəti ilə şərqi Hələbi tərk edib. 

Maşın karvanı şəhərin Səlahəddin rayonundan İdlib əyalətinə yola düşüb.   Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov dekabrın 16-da şərqi Hələbdən ümumilikdə 5 minədək insanın çıxarılması planlaşdırılıb. 

 

Qeyd edək ki, radikal qruplaşmaların sağ qalan üzvlərinin Hələbin şərq rayonlarından çıxarılması əməliyyatı rusiyalı hərbçilər və Suriya hökuməti tərəfindən koordinasiya edilir.  Maşın karvanına 20 avtobus və 10 təcili yardım maşını daxildir.

Şəhəri tərk etməyə razılaşan silahlılara təhlükəsizlik zəmanəti verilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər