Modern.az

Paytaxtda 8 ailəyə məxsus yaşayış evi yanıb

Paytaxtda 8 ailəyə məxsus yaşayış evi yanıb

15 Dekabr 2016, 23:27

Bakıda yanğın qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu ərazisində qeydə alınıb. Ərazidə ümumi sahəsi 730 m² olan birmərtəbəli birdam altında tikilmiş 8 ailəyə məxsus yaşayış evində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, digər otaqların tavanı ümumilikdə 11 m² sahədə və ümumi evin dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər