Modern.az

Deyirlər Bakıda yollar sürüşkən deyil

Deyirlər Bakıda yollar sürüşkən deyil

16 Dekabr 2016, 09:28

“Hazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir”.

 

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev məlumat verib.

 

Onun sözlərinə görə, yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin o cümlədən də sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur:

 

“Məlumat üçün onu da bildirək ki, dünən axşam saatlarında paytaxtda müşahidə edilən hava şəraiti nəzərə alınaraq şəhərdaxili əsas magistral avtomobil yollarında  (Heydər Əliyev prospekti Hava limanı və Zığ Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə ) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilmişdi.

 

Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı məsafədə saxlanılıb”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər