Modern.az

Ötən gün Bakıda 13 yol qəzası olub, 7 nəfər yaralanıb

Ötən gün Bakıda 13 yol qəzası olub, 7 nəfər yaralanıb

16 Dekabr 2016, 10:54

Dekabrın 15-də əlverişsiz hava şəraiti və sürücülərin diqqətsizliyi səbəbindən Bakıda 13 yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov yol-nəqliyyat hadisələri zamanı 7 nəfərin xəsarət aldığını bildirib:

"Hadisələr maddi ziyanla nəticələnib, xoşbəxtlikdən ölən olmayıb”.

Polis polkovnikinin sözlərinə görə, qəzalar əsasən, sürücülərin yol və meteoroloji şəraiti nəzərə almaması səbəindən qeydə alınıb.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər