“İlkin rəqəmlərə əsasən bu il ölkəyə gələn turistlərin sayında 11 faiz artım olub”.
Modern.az xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
O bildirib ki, ümumilikdə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb.
“Təkcə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 33 dəfə artıb”.
Nazir müavini həmçinin əlavə edib ki, ASAN Vizanın tətbiqindən sonra turistlərin sayında artım müşahidə olunacaq.
Mirmahmud KAZIMOĞLU