Modern.az

BANM-nin prezident təqaüdçüsü: “Uşaqlıqdan kosmonavt olmaq istəmişəm”

BANM-nin prezident təqaüdçüsü: “Uşaqlıqdan kosmonavt olmaq istəmişəm”

16 Dekabr 2016, 11:12

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Əşrəf Abbasov cavablandırır.

 

Zəhmət olmasa özünüz haqqında ətraflı məlumat verin

-         Abbasov Əşrəf Namiq oğlu 1999-cu il aprelin 26-da Bakıda anadan olmuşam. 2005-ci ildə 98 saylı məktəbin I sinfinə getmişəm. 2016-cı ildə həmin məktəbi əlaçı olaraq bitirmişəm. Bildiyiniz kimi, bu il BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşam. Prezident təqaüdçüsüyəm.

İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

-         Əziyyətli idi, amma bu dövrü keçməyə dəyərdi. Hər bir abiturient kimi məndə də imtahan həyəcanı var idi. Hər şey yaxşı qurtardı.

 

Nə qədər bal topladınız?

-         685 bal toplamışam.

 

Niyəməhz BANM-i seçdiniz?

-         BANM-i seçməyim təsadüfi olmadı. Çünki Ali MəktəbimizinAzərbaycanın ən qabaqcıl, ən yaxşı ali təhsil müəssisələrindən biri olduğunu düşünürəm.

 

Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

-         Əlbəttə, valideyinlərimin, xüsusilə də anamın böyük rolu var. Uşaqlara təhsil almanın vacibliyini aşılamaq lazımdır. Məncə, anam da bunu çox yaxşı bacarıb.

-          

Ən böyük arzunuz?

-         Uşaqlıqdan kosmonavt olmaq istəmişəm. Absurd səslənsə də, hələ də ən böyük arzum nə vaxtsa kosmonavt olmaqdır.

 

İxtisasınız haqqında nə demək istərdiniz?

-         Gələcəkdə istedadlı mütəxəssis olacağımı düşünürəm. Çünki təhsil aldığım ixtisas çox lazımlı və gələcək üçün tələb olunan sahədir.

 

Hobbiniznədir?

-         Stolüstü tenis oynamağı sevirəm, bunu özüm üçün hobbi hesab edirəm.

 

Başqa hansı maraqlarınız var?

-         Skeyt sürmək, kubik-rubik yığmaq, oriqami.

 

Hansı janrda kitabları oxuyursunuz?

-         Əsasən, dram janrında olan kitabları sevirəm. Komikslərlə də maraqlanıram.

 

 

 Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər