Dekabrın 15-dən Bakı ərazisində müşahidə olunan qarlı, şaxtalı hava səbəbilə təcili yardıma edilən müraciətlərdə artım qeydə alınmayıb.
Bu haqda Modern.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
Onun sözlərinə görə, yol və səkilərdəki buzlaşmaya görə yıxılan, travma alan yaxud əzilən olmayıb:
“Yalnız bir nəqliyyat qəzası ilə bağlı təcilə yardıma müraciət edilib ki, bu da hava şəraiti ilə deyil, sürücünün sürət həddini aşması ilə bağlı olub”.
Gülşən RAUFQIZI