Modern.az

Gələn ilin yaşayış minimum da təsdiq edildi

Gələn ilin yaşayış minimum da təsdiq edildi

Aktual

16 Dekabr 2016, 12:45

Milli Məclis dekabrın 16-da keçirdiyi iclasda "2017-ci il üzrə yaşayış minimumu haqqında" qanun layihəsini də qəbul edib.

Modern.az xəbər verir ki. qanuna əsasən, 2017-ci ildə Azərbaycanda yaşayış minumumu 155 manat proqnozlaşdırılıb.

Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün - 164,5 manat, təqaüdçülər üçün - 130,2 manat, uşaqlar üçün - 136,6 manat təşkil edəcək.

Xatırladaq ki 2016-cı ildə yaşayış minimumu 136 manat idi. Bu göstərici əmək qabiliyyətli əhali üçün - 145 manat, təqaüdçülər üçün - 115 manat, uşaqlar üçün - 118 manat təşkil edib.


Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər