Modern.az

Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

16 Dekabr 2016, 12:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata əsasən sabahBakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər zəif duman, çiskin. Lakin axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütünundan 772 mm civə sütununa yüksələcək. 
Nisbi rütubət  85-95 %  təşkil edəcək.

 Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

Xəbərdarlıq

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq. 

Tibbi-meteoroloji proqnoz

Dekabrın 17-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyi fonunda rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 18-19-da meteoroloji amillərin mülayim və zəif tərəddüdü  müsbət amildir.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər