"ASAN Viza" sistemi Azərbaycanın Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında olan şəxslərin adlarını avtomatik olaraq yoxlayacaq”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
İ.Kərimov arzuolunmaz şəxslərin siyahısının müvafiq dövlət orqanı tərəfindən elektron sistemə daxil edildiyini bildirib.
“Müraciət zamanı sistem bu siyahını yoxlayır. Sistem ümumiyyətlə, müvafiq olaraq bu siyahını yoxlayır. Hər hansı şəxs dövlətin arzuolunmaz şəxslər siyahısındadırsa, həmin şəxsə vizanın verilməsindən imtina edilir. Hər hansı bir şəxsə vizanın verilib-verilməyəcəyi dövlətin müstəsna səlahiyyətidir. Buna heç bir dövlət müdaxilə edə bilməz".
Mirmahmud KAZIMOĞLU