Modern.az

Politoloq: “Rusiya Qarabağda sülhə maneçilik törədir”

Politoloq: “Rusiya Qarabağda sülhə maneçilik törədir”

16 Dekabr 2016, 13:33

Aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan arasında görüşlərin daha çox olacağı düşünülürdü. Amma nədənsə Dağlıq Qarabağa dair görüşlərə fasilə verilib.

 

Məsələ ilə bağlı Modern.az-a politoloq Qabil Hüseynli bildirib ki, Rusiya sülhlə bağlı bütün planlara maneçilik törədir.

“Aprel döyüşlərindən sonra keçirilən görüşdə Rusiya vədlər verdi ki, sülh yaratmaqla bağlı prosesləri sürətləndirəcək. Sonradan fikrini dəyişdi və bununla bağlı planlarını tamamilə dondurdu. Hətta ATƏT-in Minsk qrupunun üzvlərinin də sülh proseslərinə qatılmasına imkan vermədi. Əvəzində Ermənistanı silahlandırmağa  başladı. Ermənistan sülh rus qoşunlarının birləşdirməsi ilə bağlı qərar çıxardı. Ermənistan Rusiyanın daha ciddi sürətdə dayandığını görərək danışıqlardan çəkildi. Dağlıq Qarabağa dair görüşlərdə bir pauza yarandı. İndi həmin fasilə davam etməkdədir”.

 

Politoloq Ermənistanı qeyri-konstruktiv mövqedə ittiham edib.

“Bu yaxınlarda Hamburq şəhərində 5 dövlətin ABŞ-ın, Fransanın, Rusiyanın və Azərbaycan, Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaqdı. Ermənistan bu görüşdən imtina etdi. Beləliklə də Hamburq görüşündə də danışıqlar prosesinə stimul vermək imkanı əldən itdi. Ermənistan artıq müharibə ritorikası ilə danışır, Azərbaycana hədə-qorxu gəlir. Bu daha çox Sarkisyanın daxili problemləri ilə bağlıdır. Sərkisyan ölkədə konstitusiyanı dəyişmək, parlamentar idarə üsulu yaratmaq istəyir ki, prezidentlik müddəti bitəndən sonra başnazir ola bilsin.  Ona görə də əhalini gah xarici siyasətlə qorxudur, gah da müharibə təhlükəsilə. Bir sözlə bu gün danışıqlar prosesi demək olar ki, dayanıb. Bunun da əsas səbəbi Ermənistanın qeyri- konstruktiv mövqeyidir”.

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər