Modern.az

«Əmək pensiyaları haqqında» qanuna dəyişikliklər ediləcək

«Əmək pensiyaları haqqında» qanuna dəyişikliklər ediləcək

11 Mart 2011, 17:06

Parlamentin Sosial siyasət komitəsinin martın 11-də keçirilən iclasında «Əmək pensiyaları haqqında» qanunda dəyişikliklər edilməsi barədə» layihə müzakirə olunub. Qanun layihəsində mövcud qanunvericilik aktının 20-ci maddəsinə 1. 4-1 və 7-1 bəndlərinin əlavə edilməsi təklif olunur.

Həmin əlavələrdə qeyd olunur ki, hakim və hakim kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə ödənilir. Həmçinin bu qanunun 20.1.4-1 maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq  hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası, o cümlədən, əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən, yəni, ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır