Suriyanın Hələb şəhərində bir neçə gün öncə əldə edilmiş atəşkəs razılaşmasına əsasən, dinc sakinlərin evakuasiyası məsələsi təxirə salınıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Suriya hökuməti məlumat yayıb.
Məlumatda bildirilib ki, dinc sakinləri evakuasiya edən karvana terrorçular tərəfindən hücum edilib. Hücum nəticəsində 800 dinc sakin girov götürülüb.
Qeyd edək ki, Türkiyə və Rusiya arasındakı Hələb razılaşmasına əsasən, dinc sakinlər evakuasiya edilməli və müxaliflərin ailələri ilə birlikdə İdlib şəhərinə köçürülməlidir.
Mirmahmud KAZIMOĞLU