Modern.az

Neft Akademiyasından 73 tələbə qovulub

Neft Akademiyasından 73 tələbə qovulub

11 Mart 2011, 17:19

Azərbaycan Dövlət Neft Akedemiyasından ötən dərs ilində 70 tələbə qovulub. Bu barədə Modern.az saytına Neft Akademiyasının mətbuat xidmətinin xəhbəri Qasım Məmmədov məlumat verib. Onun sözlərinə görə, 2010-cu il sentyabr ayından bu il yanvar ayının 31-nə olan müddət ərzində də qovulanlar az deyil və onlar 73 tələbədir.   

 

Tələbələrin universitetdən xaric olma səbəblərinə gəlincə Q.Məmmədov bildirib ki, qovulmaların səbəbləri müxtəlifdir. “Tələbələrin xaric olunmasının müxtəlif səbəbləri var. Qovulanlar arasında 3 və daha artıq fəndən kəsilənlər, dərs davamiyyəti aşağı olanlar üstünlük təşkil edirlər”.

Q.Məmmədov bildirib ki, ADNA-dan xaric olunan tələbələrdən 3 nəfəri artıq dünyasını dəyişib. 

Sədaqət SÜLEYMANOVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu