Azərbaycanın bəzi quşçuluq şirkətləri ilə əməkdaşlıq edən Türkiyənin “Emre Piliç” şirkətinin erməni ortaqları olduğu üzə çıxıb.
Azərbaycanda fəaliyyət göstərən “Oxçuoğlu” quşçuluq şirkətinin nümayəndəsi Modern.az-a danışıb. Adının açıqlanmasını istəməyən şirkət nümayəndəsinin sözlərinə görə, “Emre Piliç” şirkətinin ortaqlarının erməni olması çoxdan bəlli idi.
“Mən 2 ildir Azərbaycanda işləyirəm. Bir il yarım bundan əvvəl mən gömrükdə dedim ki, bu şirkətin sahibi ermənidir, pulunuz erməniyə gedir. Amma bizi dinləyən olmadı. O şirkətdən Azərbaycana hər həftə 10 yük maşını yumurta gəlirdi.
Mənə dedikləri burda çox danışsan səni tutub içəri atarlar. Mənim pulum türkə gedər, erməni ilə işim olmaz . İllərdir ermənilərlə türklər arasında olan gərginlik var, mən heç vaxt pulumu erməniyə yedizdirmərəm. Mən Azərbaycan əsilliyəm, Ermənistandan qaçqın düşəndən sonra Türkiyədə məskunlaşmışıq.
5 qəpiyə görə erməni ilə əməkdaşlıq etməyi Azərbaycana xəyanət hesab edirəm”.
Qafar Ağayev