Modern.az

Qadının avtomobili aşırması övladını xəstəxanalıq etdi

Qadının avtomobili aşırması övladını xəstəxanalıq etdi

16 Dekabr 2016, 20:17

Salyan rayonunda yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 38 yaşlı Nuriyyə Novruz qızı Rufullayeva idarə etdiyi “Hyundai” markalı avtomobillə Bakı istiqamətində hərəkət edərkən idarəetməni itirib və nəticədə maşın yol kənarına aşıb. Hadisə zamanı avtomobilin sürücüsü və 8 yaşlı qızı Tehran Əvəz qızı Novruzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ana və övladı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra hər ikisi ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər