Suriyanın paytaxtı Dəməşqdə partlayış törədilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxtın Al-Midan rayonunda qeydə alınıb. Polis şöbəsinin qarşısında 9 yaşlı kamikadze qız özünü partladıb. Hadisə nəticəsində 3 nəfər ölüb, azı 5 nəfər yaralanıb.
Qeyd edək ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma hələlik öz üzərinə götürməyib.
Modern.az