Modern.az

ABŞ-da Türkiyənin konsulunu öldürən erməni azadlığa çıxır

ABŞ-da Türkiyənin konsulunu öldürən erməni azadlığa çıxır

Dünya

16 Dekabr 2016, 21:26

ABŞ-da 1982-ci ildə Türkiyənin konsulu Kamal Arikanı öldürdüyünə görə ömürlük azadlıqdan məhrum olunan Qarri Sasunyan vaxtından əvvəl-şərti azadlığa çıxmasına nail olub. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, bu qərar Kaliforniya ştatının xüsusi şurasında qəbul olunub. Lakin bu qərara etiraz edilə də bilər.

 

Xəbərdə qeyd edilir ki, Erməni inqilabçı ordusunun (ASALA) sağ qolunun üzvü olan Sasunyan birinci dəfə vaxtından əvvəl-şərti azadlığa çıxmaq şansı olmamaqla ömürlük azadlıqdan məhrum edilib. Amma 2002-ci ildə günahını boynuna alıb rəsmi üzr istədikdən sonra bu şərtlə azadlığa buraxılmaq şansı əldə edib.

 

Onun bundan əvvəl – 2006, 2010, 2013 və 2015-ci illərdəki əvf olunmaqla bağlı müraciətləri rədd edilib. Rəsmi Ankara həmin Şuranın əleyhinə çıxış edib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU