Dekabrın 22 və 23-də Bakı İdman Sarayında böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək. Modern.az saytı xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizin ən güclü kişi və qadın cüdoçuları mübarizə aparacaqlar.
Azərbaycan çempionatının təntənəli açılış mərasimi dekabrın 22-də, saat 17:00-da olacaq. İki gün baş tutacaq respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunacaq.
Modern.az