"O səs Türkiyə"də növbəti azərbaycanlı iştirak edib. Modern.az saytı xəbər verir ki, Nofəl Aslanov adlı həmyerlimiz məşhur "Caruso" mahnısını oxuyub. İtaliyada təhsil alan 26 yaşlı ifaçı yarışmaya da elə oradan qoşulub. O, ifası ilə Hadisə, Sibel Can, Murad Bozu özünə tərəf döndərə bilib.
Nofəl sonda Hadisəni seçərək onun komandasına daxil olub.
Modern.az