ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məxsus Trump Organization şirkəti Azərbaycanda mehmanxana tikintisindən imtina edib. Modern.az Associated Press-ə istinadən xəbər verir ki, analoji addım Gürcüstanla bağlı da atılacaq.
Agentliyin məlumatına görə, bu addım Trampın tezliklə prezident olması ilə bağlıdır. Paralel olaraq, Donald Tramp Braziliyadakı mehmanxananın tikintisini də dayandırıb.
Vüqar İSMAYILOV