Modern.az

ABŞ-ın nəqliyyat komandanı Xəzərdəki faciə HAQDA: "Çox kədərləndim"

ABŞ-ın nəqliyyat komandanı Xəzərdəki faciə HAQDA: "Çox kədərləndim"

17 Dekabr 2016, 09:50

Bakıda səfərdə olan ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyu Xəzər dənizində neftçilərin itkin düşməsinə görə təəssüfləndiyini bildirib.

 

Modern.az-ın xəbrinə görə, general bildirib ki, o, ölənlərin və itkin düşənlərin ailələrinə başsağlığı verir.

 

“Mən bu xəbəri çox kədərlə qarşıladım. Həlak olanların, itkin düşənlərin ailələrinə başsağlığı verirəm”

 

 

Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

 

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

 

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

 

1. Zülfüqarov Güloğlan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

 

Bir neftçinin - Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

 

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər