"Hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində hərbi zavodlar fəaliyyət göstərir. Bu zavodlarda bu günə qədər 1160 adda hərbi təyinatlı məhsul istehsal olunub".
Modern.az xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrə hərbi təyinatlı məhsullar satır
“Bu ölkələr sırasında ABŞ, Cənubi Koreya və Afrika ölkələri var. Bu da onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsullar ən yüksək standartlara cavab verir”.
Y. Camalov həmçinin bildirib ki, hərbi təyinatlı məhsulların satışı ilə bağlı ümumi dəyəri 110 milyon dollar olan müqavilələr imzalanıb, bu müqavilələrin 61 milyon dollar dəyərində olan qismi icra olunmaqdadır.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tərkibində 28 zavod fəaliyyət göstərir Nazirin sözlərinə görə, həmin zavodlarda 1160 adda müdafiə sənayesi təyinatlı məhsul istehsal olunur: "2009-cu ildən nazirlik beynəlxalq müdafiə sərgilərində iştirak edir. Bu günə qədər 32 beynəlxalq sərgidə iştirak etmişik. Nəticədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın bir sıra ölkələrinə - Amerika, Afrika qitəsi ölkələrinə, Cənubi Koreya və digər ölkələrə müdafiə sənayesi məhsullarının ixracına başlayıb. Azərbaycanda istehsal olunan müdafiə sənayesi məhsulları beynəlxalq standartlara cavab verir".
Mirmahmud KAZIMOĞLU