Modern.az

Azərbaycan jurnalistlərinin müəllimi 92 yaşında

Azərbaycan jurnalistlərinin müəllimi 92 yaşında

17 Dekabr 2016, 11:02

Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuat tariximizin yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynovun 92 yaşı tamam olub. 


Modern.az-ın məlumatına görə, Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.
Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir.

Modern.az kollektivi qocaman müəllimimizi ad günü münasibətilə təbrik edir.

 

Şirməmməd Hüseynov AzNews.az-a açıqlamasında bu günün onun üçün böyük bayram olduğunu deyib: 

“Özümə söz vermişdim ki, ad günümə kimi “Azərbaycan Cümhuriyyət tarixi” adlı kitabımın 3-cü cildini başa çatdırım. İki gün öncə kitabda işlər tamamlandı. Hazırda cümhuriyyətin yüz illiyinə hazırlaşıram. Ən böyük arzum bu bayramı qeyd etməkdir.”
Şirməmməd Hüseynov səhhətinin qaydasında olduğunu qeyd edib: “Heç bir problemim yoxdur. İnanıram ki, o bayramda çıxışım da olacaq.”

Jurnalist doğum günü ilə əlaqədar onu təbrik edənlərə təşəkkürünü bildirib: “Sağ olsunlar, məni yada salan şəxslərin hamısına təşəkkür edirəm. Axşam bütün ailə-qızlarım, nəvə-nəticələrimlə birlikdə mənim doğum günümü qeyd edəcəyik. Şükür Allaha ki, nəticələrimlə birlikdəyəm” .

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər