Modern.az

Yuyucu tozun içərisindən 5 mobil telefon tapıldı

Yuyucu tozun içərisindən 5 mobil telefon tapıldı

17 Dekabr 2016, 11:17

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində olan yuyucu tozun içərisində, gömrük nəzarətindən gizlədilmiş halda 1 ədəd “Samsung Galaxy J7 Prime”, 3 ədəd “Samsung Galaxy J5”, 1 ədəd “Samsung Galaxy J3” və 1 ədəd “Samsung Galaxy J2” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 21 ədəd USB kabel, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd “qulaqcıq və 17 ədəd adapter aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər