Modern.az

Bakıda 2 bədbəxt hadisə

Bakıda 2 bədbəxt hadisə

17 Dekabr 2016, 12:09

Bakıda yeni inşa edilən binada ölüm faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Səbail rayonunda baş verib. Dekabrın 16-da Bakı şəhər sakini Rafiq Allahverdiyev Səbail rayonu ərazisindəki fəhlə işlədiyi yeni inşa edilən ticarət mərkəzinin 7-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Araşdırma aparılır. 

 

Paytaxtda ölümlə nəticələnən daha bir bədbəxt hadisə baş verib. Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Dekabrın 16-da Nərimanov rayonu ərazisində yaşayan Orxan Həsənov 20 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən evinin eyvanında siqaret çəkərkən ehtiyatsızlığı nəticəsində oradan yıxılaraq ölüb. Araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər