Modern.az

Nardaranda qumbara tapıldı

Nardaranda qumbara tapıldı

17 Dekabr 2016, 12:45

Nardaran qəsəbə sakininin torpaqda silah-sursat basdırdığı müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmama) ilə 30 gün müddətində inzibati həbs olunmuş Sabunçu rayonunun Nardaran qəsəbə sakini Fail Şahbazovun ətrafında Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsi 42-ci Polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qəsəbə ərazisində 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası basdırdığı müəyyən edilib və həmin silah-sursat torpaqdan çıxarılaraq götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər