Modern.az

Uşaqların kütləvi intiharının qarşısı alındı

Uşaqların kütləvi intiharının qarşısı alındı

17 Dekabr 2016, 14:19

Permdə hüquq-mühafizə orqanları yeniyetmələrin kütləvi intiharının qarşısını alıb.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, 30-a yaxın uşaq sosial şəbəkədə qrup halında intiharla nəticələnə biləcək aksiyada iştirak edib.

 

Uşaqlar isə iddia edirlər ki, onlar, sadəcə “oynayıblar”.

“Biz Kirov və Ordconikidze rayonlarında uşaqların İntenetdəki oyun iştirakçıları olduqları haqda məlumat aldıq. Uşaqların intihara psixoloji hazırlaşması üçün bir mərhələ keçilməli idi.

Gecə yarısı oyunun finalı olacaq, sonra kütləvi intihar baş verəcəkdi”, - jurnalistlərə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Perm dairəsində yetkinlik yaşına çatmayanların işi üzrə fəaliyyətinin təşkili şöbəsinin rəisi Tatyana Kandakova deyib.

 

Polislər könüllülərinin köməyi ilə iştirakçıları müəyyənləşdirib və "final oyunu”nun keçirilmə yeri mühasirəyə alınıb. Uşaqlar orada olmayıblar. Hüquq-mühafizə orqanları bunun uşaqların “oyunda” iştirak etməmək qərarı verdikləri, yaxud polisdən qorxduqları səbəbindən baş verdiyini bilmirlər.

 

“Əməliyyat zamanı tərəfimizdən 5 nəfər tanındı. Bu gün oyunçuların sayı 30-a çatıb. Biz uşaqlar və onların valideynləri ilə profilaktik iş aparmışıq”, - Kandakova söyləyib.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər