Modern.az

Obama prezident kimi sonuncu istirahətinə getdi

Obama prezident kimi sonuncu istirahətinə getdi

17 Dekabr 2016, 14:53

ABŞ prezidenti Barak Obama Ağ evdəki mətbuat konfransından sonra ailəsi ilə birlikdə Vaşinqtonu tərk edərək ənənəvi olaraq Yeni il bayramını qeyd etdikləri Havay adalarına gedib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Barak və Mişel Obamanı bu istirahətdə qızları da müşayiət edəcəklər.

 

Prezidentin Vaşinqtona yanvarın əvvəlində qayıdacağı gözlənilir.

 

Obama, adətən məzuniyyət vaxtı kitab oxuyur, gəzintiyə çıxır və qolf oynayır. Amma bu dəfə paytaxtdan uzaqdakı zamanında təkcə istirahət etməyəcək.

Bundan əvvəl verilən xəbərə görə, Obama dekabrın 27-də Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşəcək.

İki ölkənin liderləri ilk dəfə Perl-Xarboru Yaponiyanın bombalamasının 75 illiyinə həsr olunan mərasimdə bir yerdə iştirak edəcəklər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər