Modern.az

“İrəli” üzvləri cəbhə bölgəsinə gedir

“İrəli” üzvləri cəbhə bölgəsinə gedir

Aktual

17 Dekabr 2016, 15:15

“İRƏLİ” 26 Avqust  2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaradılıb. 

 

24 Dekabr 2008-ci ildə isə «İRƏLİ» İctimai Birliyi təsis olunmuşdur.“İRƏLİ” İctimai Birliyi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətini dəstəkləyir, bu siyasətin inkişafında yaxından iştirak edən gənclər təşkilatı olaraq fəaliyyət göstərir. “İRƏLİ” İctimai Birliyi gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən gənclər təşkilatıdır.

 

 

Son zamanlar cəbhə xəttində yaranan gərginliyi nəzərə alaraq, gənclərdə əhval-ruhiyyənin və ruh yüksəkliyinin qaldırılması, xidmətində fərqlənmiş gəncləri mükafatlandırmaq məqsədi ilə, “İRƏLİ” İctimai Birliyi 18 dekabr 2016-cı il tarixində təşkilatın təsis edilməsinin 8 illiyini cəbhə xəttində həqiqi hərbi xidmətdə olan  gənclərlə qeyd edəcəkdir.

 

“İRƏLİ” İctimai Birliyinin 8-ci il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov, “İRƏLİ” komandası və 100 nəfərə yaxın gənc üzvlə birlikdə cəbhə xəttində yerləşən № saylı  hərbi hissədə əsgərlərlə görüş keçirilməsi, fərqlənən gənclərə diplom və hədiyyələr verilməsi və əsgərlər üçün əyləncə proqramı təşkil olunması nəzərdə tutulub.

 

Artıq üçüncü ildir ki,  “İRƏLİ” İctimai Birliyi bu ənənəni davam etdirərək, təşkilatın ad günü tortunu hərbi hissədə vətəninin keşiyində duran əsgərlərlə birlikdə kəsir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər