Bu gün Türkiyə XİN rəhbəri və Rusiya xarici işlər naziri Sergey Lazvrov arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə XİN nümayəndəsi bildirib.
XİN nümayəndəsi deyib ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Suriyanın Hələb şəhərindəki vəziyyəti və Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin dekabrın 27-də Moskvada keçiriləcək üçtərəfli görüşünə hazırlığı müzakirə edib. Nazirlər Hələbdəki vəziyyəti, şəhər sakinlərinin təxliyəsini, eləcə də Suriya ilə bağlı Moskvada keçiriləcək görüşə hazırlığı müzakirə ediblər".
Həmçinin onun sözlərinə görə , Sergey Lavrov Mövlud Çavuşoğluya Kayseridəki terror aktı ilə əlaqədar başsağlığı bildirib.
Mirmahmud KAZIMOĞLU