Modern.az

Roma Papası 80 illik yubileyini qeyd edir

Roma Papası 80 illik yubileyini qeyd edir

Aktual

17 Dekabr 2016, 16:25

Bu gün Roma Papası Fransiskin 80 yaşı tamam olur.

 

Modern.az xarici mediaya istinadən bildrir ki, bütün dünyada yubileyi qeyd ediləcək pontifikin səhhəti üçün 1,2 milyard katolik dua edəcək.

 

Xorxe Mario Berqolo Buones-Ayresdə İtaliyadan olan mühacirin ailəsində dünyaya gəlib. Ailədəki 5 uşaqdan ən kiçiyidir.

 

21 yaşıolan iezuitlər ordeninə daxil olub. Seminariyada oxumasına baxmayaraq, gənc oğlan Allaha xidmət onun qisməti olduğunu dərhal başa düşmür.

 

Onun hətta sevdiyi qəz da olur. Fransisk özü müsahibələrindən birində deyib ki, bir dəfə kilsənin yanından keçəndə ora daxil olub dua etmək lazım olduğunu hiss edir.

 

“Keşişlərlə söhbətdən sonra nəsə dəyişiklik hiss etdim”, - Berqolo xatırlayıb.

 

Dediyinə görə, o zaman belə hiss yaranıb ki, o, özünü Allaha həsr etməlidir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər