Modern.az

Prezident İlham Əliyev Qətər Əmirini təbrik edib

Prezident İlham Əliyev Qətər Əmirini təbrik edib

Aktual

17 Dekabr 2016, 17:06

Azərbaycan Prezidenti İlham Əliyev Qətərin Əmiri Təmim bin Həməd Al Tanini təbrik edib.

 

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Qətər Dövlətinin qardaş xalqına daim sülh və firavanlıq diləyirəm".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər