Modern.az

Türk hərbçiləri İŞİD-in 20 silahlısını məhv edib

Türk hərbçiləri İŞİD-in 20 silahlısını məhv edib

Dünya

17 Dekabr 2016, 21:11

Türkiyəyə məxsus döyüş təyyarələri Suriyada növbəti uğurlu əməliyyat keçirib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, son sutka ərzində İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə 64 zərbə endiriblər. Hücum nəticəsində azı 20 silahlı məhv edilib. Bundan başqa Türkiyə ordusu artilleriya və digər silahlardan İŞİD mövqelərinə 206 zərbə endirib. 

Qeyd edək ki, Türkiyə ordusu avqustun 24-dən Suriyanın şimalında İŞİD-ə qarşı “Ərəfat qalxanı” əməliyyatı keçirir. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU