Bu gün Bakının Xətai rayonu ərazisində maraqlı yol qəzası baş verib.
Modern.az saytı lent.az-a istinadən xəbər verir ki, avtomobil dayanacağının ikinci mərtəbəsindəki "Hyundai Sonata" markalı minik avtomobili küçəyə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, nəqliyyat vasitəsinin isə ön hissəsi yarsız vəziyyətə düşüb.
Yol polisi hadisəni protokollaşdırıb.
Modern.az