Ağstafada 3 piyadanı vurub hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumata görə qəzanı törədən şəxs Ağstafa rayon sakin, 1992-ci il təvəllüdlü Rəşad Nazim oğlu İsmayılovdur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
20:44
Ağstafa şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Ağstafa şəhəri, Ü.Hacıbəyov prospektində baş verib.
Naməlum avtomobil bir ailənin üç üzvünü vuraraq hadisə yerindən qaçıb. Nəticədə Ağstafa şəhər sakini, 1959-cu il təvəllüdlü Səlminaz Tağıyeva hadisə yerində dünyasını dəyişib. Onun oğlu 1983-cü il təvəllüdlü Əvəz Tağıyev və nəvəsi, 2001-ci təvəllüdlü Tunar Tağıyev isə müxtəlif dərəcələri xəsarətlərlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
Modern.az