Braziliya və Peru sərhədində 6.4 bal gücündə zəlzələ baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakətin episentri Perunun Esperanza şəhərindən 100 kilometr cənub-şərqdə və Braziliyanın Tarauaka şəhərindən 208 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 550 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Modern.az