Modern.az

Gürcüstanda qatar yanıb

Gürcüstanda qatar yanıb

18 Dekabr 2016, 22:00

Gürcüstanda Kutaisidən Batumiyə gedən elektrik qatarında yanğın baş verib. Modern.az saytı xəbər verir ki, Axar.az-ın məlumatına görə, hadisə Xedcaliya kəndi ərazisində baş verib. “Gürcüstan Dəmir Yolları” məlumata görə, dekabrın 18-də günorta saatlarında Kutaisidən Batumiyə gedən 682 nömrəli elektrik qatarında yanğın olub. Qatarın vaqonlarından biri alovlanıb. Qatar heyətinin və yaxınlıqda olan kənd əhalisinin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunub, alov söndürülüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Görülmüş operativ tədbirlər nəticəsində dəmir yolunda qatarların hərəkəti bərpa olunub.

 

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?