Modern.az

Zaqatalada  50 yaşlı kişi intihar edib

Zaqatalada  50 yaşlı kişi intihar edib

Aktual

18 Dekabr 2016, 22:12

Zaqatalada  50 yaşlı kişi intihar edib. Modern.az saytı xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə dekabrın 18-i axşam saatlarında rayonun Yuxarı Çardaqlar kəndində baş verib.

Kənd sakini, 1966-cı il təvəllüdlü Süleyman Nəbi oğlu Xəlilovun meyiti yaşadığı evin zirzəmisində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Araşdırma zamanı 50 yaşlı S. Xəlilovun hələki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər