Modern.az

Bakıda ikimərtəbəli bina yanıb

Bakıda ikimərtəbəli bina yanıb

Aktual

18 Dekabr 2016, 23:09

Bakıda yanğın hadisəsi qeydə alınıb. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə Bakının Xəzər rayonunda qeydə alınıb. Belə ki, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 530 m2 olan ikimərtəbəli 14 otaqdan ibarət binanın 5 otağının yanar konstruksiyaları, digər otağın tavanı 16 m2 sahədə və binanın dam örtüyünün yanar konstruksiyaları 136 m2 sahədə (ümumi 332 m2 sahədə) yanıb.

 

Binanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər