Modern.az

Ərdoğan Putinlə Suriyadan danışdı

Ərdoğan Putinlə Suriyadan danışdı

18 Dekabr 2016, 23:39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə müzakirələr aparıb. Modern.az saytı Türkiyə mediasına istinadən  xəbər verir ki, telefon danışığı zamanı hər iki dövlət başçısı Suriyadakı son vəziyyəti müzakirə ediblər.

Hələbdəki təxliyə işlərinin diqqət mərkəzində olduğu danışıqlarda müxalifət rəsmilərinin Əsəd təmsilçiləri ilə görüşdürülməsi də müzakirə mövzusu olub.

Vladimir Putin Kayseridə baş vermiş terror aktında ölənlərlə bağlı türkiyəli həmkarına başsağlığı verib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU