Ukrayna hərbçiləri ilə separatçılar arasında atışma olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, döyüş Donbasda Svetlodarsk şəhəri yaxınlığında baş verib.
Məlumata görə, toqquşmalarda 5 Ukrayna hərbçisi həlak olub, 6-sı yaralanıb. Döyüşlərdə 20 terrorçu ölüb, 30-u isə yaralanıb.
Modern.az